“Şamaxı”dan növbəti transfer

Tokio, 15 yanvar , /AJMEDIA/

“Şamaxı” klubu daha bir futbolçu ilə heyətini gücləndirib.
AJMEDIA kluba istinadla xəbər verir ki, müdafiəçi Zahid Mərdanovla 1,5 illik müqavilə imzalanıb.
İyirmi üç yaşlı müdafiəçi daha əvvəl “Kəpəz”də çıxış edib.
Qeyd edək ki, “Şamaxı” bundan əvvəl hücumçu Emil Qasımov və Emin Zamanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə isə müqaviləni yeniləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts