Şamaxıda Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçirilib

Tokio, 24 fevral, /AJMEDIA/

Şamaxıda rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

AJMEDIA-nın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, M.Hadi adına şəhər 9 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdəki çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnaklarının öz havadarlarının dəstəyi ilə Xocalıya hücumu, aralarında uşaqların, qadınların, ahıl insanların da olduğu 613 azərbaycanlını qətlə yetirdiyi, xeyli insanın əsir götürüldüyü barədə ətraflı danışılıb.

Çıxışlarda söylənilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi qələbə ilə başa çatan, erməni ordusunun diz çökdürüldüyü Vətən müharibəsində bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının intiqamı alınıb.

Tədbirdə “Xocalı – bir millətin kədəri” adlı sənədli film nümayiş etdirilib. Filmdə 1988-1993-cü illərdə Azərbaycanın bir parçası olan Qarabağ torpaqlarının işğalı, Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər və digər tarixi həqiqətlər barədə səhnələr yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts