Salvadorda leysan yağışları 11 nəfərin ölümünə, 800-dən çox insanın təxliyə edilməsinə səbəb olub

Tokio, 20 iyun , /AJMEDIA/

Salvadora cümə günündən yağan leysan yağışları 11 nəfərin həyatına son qoyub və 880-dən çox insan təxliyə olunub.

AJMEDIA xəbər verir ki, bununla bağlı Salvador Milli Mülki Müdafiə Komissiyası məlumat yayıb. Komissiyanın direktoru Luis Alonso Amaya mətbuat konfransında ölənlərin arasında üç azyaşlının olduğunu xüsusilə vurğulayıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, ölkədə 117-dən çox sığınacaq mövcuddur və onlara ümumilikdə 6400 nəfər yerləşdirilə bilər. Hazırda 34 sığınacaqdan istifadə olunur. Qeyd edilib ki, Qanunvericilik Məclisi 15 günlük milli fövqəladə vəziyyət elan edib.

Ətraf mühit və təbii sərvətlər naziri Fernando Lopezin sözlərinə görə, ölkənin bir sıra bölgələrində, xüsusən də qərbdə 16 saatdan artıq fasiləsiz yağışlar müşahidə olunub.

Salvador hökuməti yağışların indiyədək 42 torpaq sürüşməsinə səbəb olduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts