Sakit okeanın Yeni Kaledoniya sahillərində 7 bal gücündə zəlzələ olub

Tokio, 31 mart , /AJMEDIA/

Sakit okeanda Fransaya məxsus Yeni Kaledoniya adalar qrupunun sahillərində 7 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 7,5 min nəfərə yaxın sakini olan Tadine yaşayış məntəqəsindən 279 kilometr cənub-şərqdə, ocağı isə yer səthindən 10 kilometr dərinlikdə yerləşib.

Yeni Kaledoniya rayonunda çərşənbə günü 7 bal gücündə başqa bir zəlzələ də qeydə alınmışdı.

Mümkün dağıntılar və zərər çəkənlər barədə informasiya daxil olmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts