Tokio, 7 fevral, /AJMEDIA/
Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk görüşləri keçiriləcək.
AJMEDIA xəbər verir ki, reqlamentə əsasən, şahmatçılar bir-biri ilə həm ağ, həm də qara fiqurlarla mübarizə aparırlar. Bərabərlik qeydə alınacağı halda tay-brek oynanılır.
Azərbaycan çempionatı
1/4 final
Kişilər
Şəhriyar Məmmədyarov – Məhəmməd Muradlı
Vüqar Əsədli – Teymur Rəcəbov
Rauf Məmmədov – Əhməd Əhmədzadə
Misrətdin İsgəndərov – Aydın Süleymanlı
Qadınlar
Günay Məmmədzadə – Səbinə İbrahimova
Türkan Məmmədyarova – Gövhər Beydullayeva
Ülviyyə Fətəliyeva – Zeynəb Məmmədyarova
Gülnar Məmmədova – Xanım Balacayeva
Qeyd edək ki, 1/4 finalın tay-brek mərhələsində məğlub olan Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli və Nicat Məmmədov mübarizəni dayandırıb.
Ölkə çempionatında partiyalar hər gün saat 15-00-da başlayır.