Şahin Bağırov Yaponiya Maliyyə Nazirliyinin Gömrük və Tarif Bürosunun baş direktoru ilə görüşüb

Tokio, 24 iyun , /AJMEDIA/

Azərbaycan və Yaponiya gömrük orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AJMEDIA-ya bildirilib ki, Azərbaycan nümayəndə heyətinin növbəti ikitərəfli görüşü Yaponiya Maliyyə Nazirliyinin Gömrük və Tarif Bürosunun baş direktoru Kenji Suvazono ilə keçirib. Görüşdə iki ölkənin gömrük orqanları arasında əlaqələrin daha da dərinləşdirilməsi, Orta Dəhliz boyu tranzit imkanlarının artırılması, gömrük dəyərinin müəyyənləşdirilməsi, potensialın gücləndirilməsi, informasiya texnologiyaları, ticarətin inkişaf etdirilməsi istiqamətində yeni alətlərin, qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts