Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

Tokio, 16 oktyabr , /AJMEDIA/

Oktyabrın 23-dən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər oktyabrın 23–31-də ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts