Sabiq baş nazir: İsrailin Azərbaycanla dostluğu istənilən şəraitdə davam edəcək

Tokio, 11 mart , /AJMEDIA/

İsraillə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir.

AJMEDIA xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında deyib.

“İsraildə hökumət dəyişikliyindən zərər görməyən bir ölkə var ki, o da Azərbaycandır. Çünki həm müxalifət, həm koalisiya hökuməti, həm də iqtidar Azərbaycanın yanındadır. Biz sizə hörmət edirik, sizin dostluğunuza görə minnətdarıq və bu dostluğumuz istənilən şəraitdə davam edəcək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts