Sabaha olan hava proqnozu açıqlanıb

Tokio, 21 may , /AJMEDIA/

Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya bildirilib ki, havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq. Şərqi Zəngəzur – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz, gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında
Əsasən yağmursuz. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz olacaq, lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 12-14° isti, gündüz 16-20° isti olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts