Sabah üçün hava proqnozu açıqlanıb

Tokio, 23 mart , /AJMEDIA/

Azərbaycanda martın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts