Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti gözlənilir

Tokio, 3 iyun , /AJMEDIA/

Azərbaycanda iyunun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts