Sabah bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Tokio, 9 iyul , /AJMEDIA/

Azərbaycanda iyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27°, gündüz 29-34° isti olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.
Azərbaycanın əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrdə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 22-27° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts