Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

Tokio, 3 aprel , /AJMEDIA/

Azərbaycanda aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhərdən başlayan güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 11-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq səhər bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-11°, gündüz 17-22° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacağı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts