Sabah bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir

Tokio, 2 iyun , /AJMEDIA/

Azərbaycanda iyunun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.
Azərbaycanın rayonlarında əsasən gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 29-34° isti, dağlarda gecə 8-13°, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts