Sabah bəzi rayonlarda qar yağacaq

Tokio, 15 fevral , /AJMEDIA/

Azərbaycanda fevralın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3°, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı bildirilir.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts