Tokio, 30 sentyabr , /AJMEDIA/
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun təsnifat mərhələsinin qrup oyunlarında iştirak etmək üçün Şimali Makedoniyanın paytaxtı Skopyeyə yollanıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, komanda bu gün Bakı vaxtı ilə saat 21:25-də Skopyeyə çatacaq.
Qeyd edək ki, “Sabah” qrup mərhələsində ilk oyununu oktyabrın 2-də Niderlandın “Qroningen” klubuna qarşı keçirəcək.