Şərqşünas alimlər Türkiyədə simpoziumda məruzə ediblər

Tokio, 29 iyul , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Gülər Qafqazlı və Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi Yaxşıxanım Nəsirova Türkiyənin Yalova şəhərində “Professor Halil İnalcıkın irsi: Osmanlı dövlətinin qurulmasından Cümhuriyyət Türkiyəsinə” mövzusunda Beynəlxalq Tarix Araşdırmaları Simpoziumunda iştirak ediblər.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, simpoziumda G.Qafqazlı “XVIII əsrdə Osmanlı hakimiyyətindəki Marağa və Soyuqbulaq şəhərlərinin iqtisadi vəziyyəti”, Y.Nəsirova isə “Salmas şəhərinin sosial-siyasi vəziyyəti Osmanlı arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri)” adlı məruzələrlə çıxış ediblər.

G.Qafqazlı Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaqda mövcud olmuş iqtisadi vəziyyət haqqında 1728-ci il müfəssəl dəftəri əsasında məlumat verib və statistik göstəriciləri təqdim edib.

Y.Nəsirova XVIII əsrdə və XX əsrin əvvəllərində Cənubi Azərbaycanın Salmas şəhərində baş vermiş ictimai-siyasi hadisələr haqqında məlumat verib və bu hadisələrin Osmanlı arxiv sənədlərində əks olunması haqqında məruzə edib.

Hər iki məruzə maraqla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts