Şərəf Malkoç: Azərbaycanda olduğum üçün çox xoşbəxtəm

Tokio, 26 may , /AJMEDIA/

Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə keçirilən beynəlxalq konfransda türk dövlətlərinin ombudsmanlarının, deputatlarının təcrübə paylaşımı, məlumat mübadiləsi aparıldı. Hər kəs öz ölkəsində hüquq, ədalət və digər mövzularda görülən işləri müzakirə etdi. Bu cür konfranslar türk dünyası ətrafındakı ölkələrə örnək göstəriləcək işlərin görülməsində mühüm rol oynayır.
AJMEDIA xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç söyləyib.
“Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Sabah “TEKNOFEST Azərbaycan” festivalı keçiriləcək. Bu möhtəşəm festival ilk dəfə Türkiyə xaricində – Bakı şəhərində baş tutacaq. TÜRKPA-ya üzv dövlətlərin ombudsmanlarının konfransının və ardınca “TEKNOFEST Azərbaycan” festivalının keçirilməsi Azərbaycan və türk dünyası üçün qeyri-adi bir hadisədir”, – deyə Ş.Malkoç qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts