Səməd Seyidov Rusiya Federasiya Şurası sədrinin müavini ilə görüşüb

Tokio, 28 may , /AJMEDIA/

Rusiya Federasiyasının (RF) Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçov Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

AJMEDIA xəbər verir ki, görüşdə RF Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov iştirak edib.

Görüş zamanı Konstantin Kosaçov RF Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın daimi iş əlaqələri saxladıqlarını qeyd edib.

“Müasir geosiyasi şəraitdə Rusiya və Azərbaycanın parlamentlərarası münasibətləri dayanıqlıq sınağından şərəflə çıxır”, – deyə vitse-spiker bildirib. O, Rusiya Federasiyasının Federal Məclisi ilə Azərbaycan Respublikası Milli Məclisinin Əməkdaşlıq üzrə Parlamentlərarası komissiyasının, habelə Federasiya Şurası və Milli Məclisin profil komitələrinin xətti ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Səməd Seyidov bu fikirlə razılaşdığını bildirib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan keçmiş Sovet İttifaqının iki ölkəsi arasında əməkdaşlığın unikal nümunəsidir və regionda yaranan yeni geosiyasi reallıq bu iki ölkənin xalqlarının maraqlarına uyğundur.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, o cümlədən rus dilinin təbliği sahəsində mədəni-humanitar qarşılıqlı fəaliyyətin əsas məsələlərinə toxunulub, Azərbaycan gəncliyi nümayəndələrinin “Yaddaş qatarı” mədəni-təhsil layihəsində iştirakı müzakirə olunub.

Həmçinin beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər müzakirə olunan məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü və yaxın olduğunu ifadə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts