Şəki məktəblisi “World Talent Award” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb

Tokio, 09 iyun, /AJMEDIA/

Şəki şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “World Talent Award” beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə yüksək nəticə göstərərək, birinci yerə layiq görülüb.

Bu barədə AJMEDIA-ya Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, Ayan Əhmədzadə həm də Şəki şəhər 3 saylı Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili alır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts