“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir

Tokio, 2 oktyabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Gülarə Munis kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsində 19 yaşlı İkinci Qarabağ müharibəsinin şəhidi Həsənağa Şirvaninin igidliyinə həsr olunmuş, onun əziz xatirəsini əbədiləşdirən “Biz səni gözləyirdik…” yeni kitabını təqdim etdi. “Kəlbəcəri almamış qayıtmayacağam!”, – deyən Həsənağa hərbi xidmətə yollanır və məhz Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olur.
Kitab Zəfər Gününə həsr olunmuş esse ilə başlayır. Daha sonra şəhid ana və atalarının mətinliyinə, dözümünə, gücünə, əyilməzliyinə, şəhid olan övladlarının tabutunu çiynində aparan analara, oğullarının məzarını öz bədənləri ilə isidən atalara həsr olunmuş hekayə verilib.
Kitabda müəllifin şəhidlərə həsr olunmuş qəzəl və şeirləri, mənsur şeirləri, pritça, novella və nağılı verilib. Kitabda G.Munis yazır: “Azərbaycan ordusunun hünəri dünyaya səs saldı”.
Kitabın “Şəhidlər mövzusu uşaq ədəbiyyatında” bölməsində şəhidlərə həsr olunmuş nağıl, şeirlər və mənsur şeir verilib.
Kitab Gülarə Munisin bu sözləri ilə bitir: “İllər, qərinələr keçəcək, amma onlar elə şəhid olduqları yaşda qalacaqlar. Onlar heç vaxt qocalmayacaqlar!”
Kitabı Yasamal rayon MKS-nin kitabxanalarında oxumaq olar

Follow us on social

Facebook Twitter Youtube

Related Posts