Şəhidimiz Ramiz Ağayevin ailəsinin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb

Tokio, 26 oktyabr , /AJMEDIA/

44 günlük Vətən müharibəsində yaralansa da müalicəsini tamamlamadan yenidən döyüş yoldaşlarının yanına, xidmətə qayıdan, noyabrın 9-da şəhid olan qəhrəmanımız Ramiz Ağayevin ailəsinin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb, borc öhdəliyi qarşılanıb və tibb istiqamətində dəstək göstərilib.
Bu barədə AJMEDIA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts