Şəhid ailələri və qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na 455 işəgötürən qoşulub

Tokio, 1 sentyabr, /AJMEDİA/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında başlanılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 455-ə çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, marafona qoşulmaqla şəhidlərin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstəyini ifadə edən həmin işəgötürənlərin 234-ü dövlət, 221-i özəl müəssisələrdir. Onlar marafona 2044 vakansiya təqdim ediblər.

Həmin vakansiyalar üzrə işlə təmin olunanların sayı da 566-a çatıb ki, onlardan 460-ı qazi, 106-sı şəhid ailəsi üzvləridir.

Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Follow us on social

Facebook Twitter Youtube

Related Posts