Tokio, 29 noyabr , /AJMEDIA/
Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı mediada yayılan xəbərlərdə adları çəkilən diplomatların Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və ya Baş konsulluqları ilə heç bir bağlılığı yoxdur.
AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Qeyd edilib ki, belə bir halın baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədə beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar.
Bir neçə il bundan əvvəl həmin diplomatlar çalışdıqları beynəlxalq təşkilatın işinə aidiyyəti olmadan öz şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayəsi etmək qərarına gəliblər və onlar xəbərlərdə səslənən vəsaitin yalnız bir qismi ilə bağlı ziyan çəkiblər.
Hazırda qeyd edilən şəxslərin iddiası əsasında məsələ Türkiyənin müvafiq hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzarətə götürülüb, araşdırılır