Tokio, 13 oktyabr , /AJMEDIA/
“Yarışın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində keçirilməsi xüsusi məna kəsb edir”.
AJMEDIA xəbər verir ki, bu sözləri Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq Bakıda taekvondo üzrə keçirilən “Koreya səfiri kuboku” turniri barədə jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycandakı gənc taekvondoçuların idmana xüsusi maraq göstərdiyini vurğulayıb: “Bu yarış gənclərin inkişafına və təcrübələrinin artmasına kömək edəcək. İnanıram ki, turnir gələcəkdə onların Olimpiya Oyunlarında yaxşı nəticə göstərməsinə də töhfə verəcək”.
Qeyd edək ki, “Koreya səfiri kuboku”nda 10 çəki dərəcəsində 150-dək idmançı gücünü sınayacaq.