Səfir: Azərbaycan işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı qətiyyətlə təmin edəcək

Tokio, 10 oktyabr , /AJMEDIA/

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən Azərbaycan Beyin Mərkəzlərinin I Forumu faydalı və səmərəli müzakirələrlə başa çatdı. Belə bir mötəbər tədbirdə iştirak etməklə bərabər, Azərbaycana səfər çərçivəsində Şuşanı ziyarətdən çox məmnun oldum.
Bu fikirləri AJMEDIA-ya açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) sədri, səfir Alev Kılıç ifadə edib.
Otuz illik işğalın və bu bölgələrdə törədilən vandalizmin artıq arxada qaldığını, 44 günlük Vətən savaşında qazanılan Zəfərin tarixi hadisə olduğunu xatırladan səfir Alev Kılıç deyib ki, Azərbaycan böyük uzaqgörənliklə irəliyə baxır. Məhz bu siyasət nəticəsində işğaldan azad olunan ərazilərin hər yerində böyük quruculuq, abadlıq işləri aparılır. Şuşanın ziyarətinə gedərkən bütün bu işlərin şahidi olduq və məmnunluqla qarşıladıq. Azərbaycan işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı qətiyyətlə təmin edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts