Səfir: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq bütün region üçün nümunəvidir

Tokio, 23 iyul , /AJMEDIA/

Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq bütün region üçün nümunəvidir. Onilliklər ərzində apardığımız birgə iş ciddi nəticələr verir. Əminəm ki, biz bu reallıqlardan irəli gələrək bütün sahələrdə əməkdaşlığımızı bundan sonra da inkişaf etdirərək daha böyük uğurlar qazanacağıq.
AJMEDIA xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 30-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransda söyləyib.
Onun sözlərinə görə, ölkələrimiz arasındakı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı möhkəm təməllər üzərində qurulub. Bu əlaqələrə hər hansı bir yolla ziyan vurmaq yolverilməzdir.
Diplomat deyib: “Azərbaycan 44 günlük Vətən müharibəsində böyük uğurlar qazanıb. Bu qələbədən sonra bölgədə yeni reallıqlar yaranıb. Gürcüstan da həmin reallıqları əlverişli fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda post-münaqişə dövründə barış prosesinə əhəmiyyətli töhfə vermək niyyətindədir”.
“Bizim elmi mərkəzlərimiz arasında da əlaqələr aktivləşməlidir. Düşünürəm ki, hər iki ölkənin elm xadimləri, ekspertləri, sosial təhqiqat və beyin mərkəzləri intensiv şəkildə birgə əməkdaşlıq etməli və layihələr həyata keçirməlidirlər”, – deyə səfir vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts