Səbinə Əliyeva: Döyüşlər vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən uşaqlara hərbi geyimlər və silahlar verilib

Tokio, 30 oktyabr , /AJMEDIA/

Qırx dörd günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir alınan azərbaycanlı hərbi qulluqçuların əsirlik dövründə qarşılaşdıqları işgəncə və təzyiqlər tərəfimizdən hesabat şəklində hazırlanaraq beynəlxalq qurumların diqqətinə çatdırılıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması dövründə Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir mülki obyekt və mülki əhali hədəfə alınmayıb.

AJMEDIA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı ilə bağlı keçirilən konfransda söyləyib.

O bildirib ki, həmin döyüşlər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif yollarla hədəf yayındırmağa çalışaraq mülki əhaliyə, o cümlədən jurnalistlərə, din xadimlərinə və hətta uşaqlara hərbi geyimlər və silahlar verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts