“Səbail” klubu legioneri ilə müqavilənin müddətini uzadıb

Tokio, 29 sentyabr , /AJMEDIA/

“Səbail” klubu futbolçusu David Qomislə qüvvədə olan müqavilənin müddətini artırıb.

Paytaxt təmsilçisindən AJMEDIA-ya verilən məlumata görə, yeni anlaşmaya əsasən, 30 yaşlı yarımmüdafiəçi 2024/2025-ci illər mövsümünün sonuna qədər “dənizçilər”in formasını geyinəcək.

Ötən mövsümün ikinci yarısından “Səbail”də çıxış edən David Qomis bu komandanın heyətində Premyer Liqada 25 qarşılaşmada (1919 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts