Site icon AJMEDIA Azərbaycanca

Şəhriyar Məmmədyarov “Tata Steel Masters”in növbəti turunda ABŞ təmsilçisi ilə mübarizə aparacaq

Tokio, 26 yanvar, /AJMEDIA/

Yanvarın 26-da Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 10-cu turunun oyunları keçiriləcək.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Samuel Şankland ilə mübarizə aparacaq.

Qeyd edək ki, doqquz turdan sonra Ş.Məmmədyarov 5,5 xalla 3-cü pillədə qərarlaşıb.

Turnir cədvəlinə 6,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Exit mobile version