Rusiyanın televiziya kanalında baş vermiş insidentlə bağlı araşdırma aparılır

Tokio, 15 mart , /AJMEDIA/

Rusiyanın “Pervıy” televiziya kanalının “Vremya” verilişində baş vermiş insidentlə bağlı araşdırma aparılır.

AJMEDIA xəbər verir ki, martın 14-də “Vremya” xəbərlər proqramının əməkdaşı diktor Yekaterina Andreyeva canlı yayımda xəbərləri oxuyarkən, kanalın əməkdaşı efirdə müharibə əleyhinə plakat açaraq, Rusiyanın Ukraynada xüsusi əməliyyatına qarşı etiraz edib.

Hazırda televiziya kanalında xidməti araşdırma aparılır.

Rusiya mediasının yaydığı xəbərə görə, efirdə müharibə əleyhinə etiraz edən şəxs – kanalın redaktoru Marina Ovsyannikova saxlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts