Rusiyanın Seuldakı səfiri Cənubi Koreya XİN-ə çağırılıb

Tokio, 21 iyun , /AJMEDIA/

Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb və Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ilə əlaqədar ona etiraz bildirilib.

AJMEDIA xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Kim Honq Kun Rusiya səfirinə Cənubi Koreya hökumətinin müqavilə ilə bağlı mövqeyini çatdırıb. O, KXDR ilə hərbi əməkdaşlığın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğuna və Moskva-Seul münasibətlərinə mənfi təsir göstərdiyinə diqqət çəkib. Agentlik güman edir ki, Cənubi Koreyalı diplomat ölkə hakimiyyətinin gördüyü tədbirlərdən də danışıb.

Rusiya səfirliyi hələlik bununla bağlı şərh verməyib.

Bu ərəfədə Seul Rusiyaya tədarük üçün ixrac nəzarəti siyahısını genişləndirəcəyini, “silah və neft ticarəti” ilə əlaqəli olduğu iddia edilən şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts