Rusiyanın Primorye diyarında federal səviyyəli fövqəladə vəziyyət elan olunub

Tokio, 25 avqust , /AJMEDIA/

Rusiyanın Primorye diyarında daşqınla bağlı federal səviyyəli fövqəladə vəziyyət elan olunub.
AJMEDIA xəbər verir ki, güclü leysan nəticəsində diyarın mərkəzi şəhəri Vladivostokda və digər yaşayış məntəqələrində 5 mindən çox ev, yollar və təsərrüfatlar su altında qalıb. İlkin hesablamalara görə, diyara 7 milyard rubldan çox ziyan dəyib. Primoryenin qubernatoru Oleq Kojemyako təbii fəlakətlə əlaqədar təhsil müəssisələrinə dərs ilinin başlanğıcını daha uyğun vaxta keçirməyi tapşırıb.
Qeyd edək ki, avqustun 15-dən Primorsk diyarı “Xanun” qasırğası səbəbindən daşqınlara məruz qalıb, 5 nəfər həlak olub, 2500-dən çox adam təxliyə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts