Rusiyalı nazir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Tokio, 7 mart , /AJMEDIA/

Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Anton Kotyakovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.

Qeyd olunub ki, 2021-ci ilin oktyabrında açılışı olan mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkan olmaqla, sosial cəhətdən həssas əhali qruplarının yaradıcı potensialının inkişaf etdirilməsinə, onların sosial inteqrasiyasına xidmət edir. Mərkəzdə şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvləri xidmətlə əhatə olunur.

Burada benefisiarlar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirirlər.

Rusiya nümayəndə heyəti mərkəzdə yaradılan şəraitlə, burada aparılan təlimlərlə, benefisiarların əl işləri ilə tanış olub. Benefisiarların ifasında qonaqlara musiqi nömrələri də təqdim edilib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts