Rusiyalı ekspert: Bakı ilə İrəvan arasında sülh sazişinin 2024-cü ilin sonu-2025-ci ilin əvvəlində imzalanması ehtimalı var

Tokio, 3 iyun , /AJMEDIA/

Bakı ilə İrəvan arasında 2024-cü ilin sonu – 2025-ci ilin əvvəlində sülh sazişinin imzalanması ehtimalı hələ də mövcuddur. Nəzərə almaq lazımdır ki, hər iki tərəfin danışıqlar prosesinin uzanmaması üçün motivləri var.

AJMEDIA xəbər verir ki, bu sözləri rusiyalı politoloq Mixail Neyjmakov Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanması perspektivlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Bakı üçün regionda qüvvələr balansındakı dəyişikliyi rəsmi razılaşma səviyyəsində təsbit etmək vacibdir, erməni tərəfi isə, çox güman ki, təqribən 2024-cü ilin yayından noyabrına qədər olan dövrdə ABŞ-da prezident seçkiləri kampaniyasının həlledici mərhələsi ilə əlaqədar Nikol Paşinyanın komandasının tez-tez müraciət etdiyi Vaşinqtonun diqqətinin Cənubi Qafqazdan yayına biləcəyini nəzərə alaraq, onun üçün manevr məkanının azala biləcəyini başa düşür.

Rusiyalı politoloq əlavə edib: “Hazırkı etiraz kampaniyası Nikol Paşinyan hökumətinin devrilməsinə və ya ən azı bu cür risklərin əhəmiyyətli dərəcədə artmasına səbəb olarsa, danışıqlarda ciddi fasilə yarana bilər. Amma hələ ki, Ermənistanın hazırkı hökumətinin vəziyyətə nəzarəti əlində saxlaması ehtimalı daha yüksəkdir”.

Politoloq, həmçinin diqqəti mübahisəli məsələlərin sülh sazişi üzrə danışıqlar üçün risk faktoru olaraq qalmasına, məsələn, regionda nəqliyyat kommunikasiyalarının qarşısının alınmasına yönəldib. “Çox güman ki, bu tematika danışıqlarda ən çətin mövzulardan biri olacaq, hərçənd, yəqin ki, yaxın aylarda bu sahədə kompromisə nail olmaq cəhdləri daha fəal göstəriləcək. Ən azından, Ermənistan parlamentinin spikeri Alen Simonyanın bütün kommunikasiyaların açılması ideyasının böyük əhəmiyyəti haqqında bu yaxınlarda söylədiyi fikirlər və onun əvvəllər Nikol Paşinyan tərəfindən kifayət qədər ciddi şəkildə şübhə altına alınan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanata istinad etməsi göstərir ki, tərəflər bu məsələ ilə bağlı dialoqu davam etdirməyə hazır olduqlarına dair siqnallar mübadiləsi edirlər”, – deyə Mixail Neyjmakov vurğulayıb.

Bununla yanaşı, ekspert əlavə edib ki, atəşkəsə dair qeyd olunan Üçtərəfli Bəyanatda nəzərdə tutulan müddəalardan fərqli olaraq, tərəflərin kommunikasiyaların açılması məsələsində yeni formatlar üzərində razılığa gəlməsi ehtimalı daha yüksəkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts