Tokio, 15 yanvar , /AJMEDIA/
Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə döyüş sursatının partlaması nəticəsində 3 hərbçi həlak olub, 15-i yaralanıb.
AJMEDIA xəbər verir ki, bu barədə TASS informasiya agentliyi yerli Fövqəladə hallar xidmətinə istinadla məlumat yayıb.
İlkin məlumata görə, silah-sursatla ehtiyatsız davranış partlayışa səbəb olub.