Rusiyada FTX-nin binası yanır

Tokio, 16 mart , /AJMEDIA/

Rusiyanın Rostov-Don şəhərində Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhəd İdarəsinin binası yanır.

AJMEDIA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Hadisə şahidləri yanğından əvvəl partlayış səsi eşitdiklərini bildiriblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 20 yanğınsöndürmə briqadası çıxıb.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts