Tokio, 3 Oktyabr, /AJMEDIA/
Rusiyada Romanovlar sülaləsinin nümayəndəsi knyaz Georginin nikah mərasimi keçirilib. Bu, son 120 ildə Rusiya imperator ailəsinin Sankt-Peterburqda təşkil etdiyi ilk nikah mərasimidir.
AJMEDIA xəbər verir ki, knyaz Georgi İtaliya diplomatının qızı Rebekka Bettarini ilə izdivaca girib. R.Bettarini pravoslavlığı qəbul edib və Viktoriya Romanova ad-soyadını götürüb.
Georgi Romanov 1981-ci ildə Madriddə anadan olub. Onun valideynləri Mariya Romanova və Prussiya şahzadəsi Frans Vilhelmdir.
Nikah mərasimində kral evinin 20-yə yaxın nümayəndəsi iştirak edib.