Rusiya XİN: Moskva Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündə üçtərəfli razılaşmalara sadiqliyin təsdiqlənəcəyinə ümid edir

Tokio, 10Dekabr, /AJMEDIA/

Biz ümidvarıq ki, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşündə üçtərəfli razılaşmaların icrasına sadiqlik təsdiqlənəcək.

AJMEDIA xəbər verir ki, bu barədə Moskvada brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat deyib: “Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönələn hər cür səyləri alqışlayırıq. Biz Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm əlaqələrin davam etməsini vacib sayırıq və iki dövlətin rəhbərinin dekabrın 15-də Brüsseldə nəzərdə tutulan görüşünün yekunları üzrə üçtərəfli razılaşmaların icrasına sadiqliyin təsdiqlənəcəyinə ümid edirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts