Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqazda əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Tokio, 24 fevral, /AJMEDIA/

Rusiya və Türkiyə “3+3” platforması çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

AJMEDIA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini nəzərdən keçirdik. İnfrastrukturun və nəqliyyat kommunikasiyalarının bərpasında tərəflər arasında etimadın gücləndirilməsi, iqtisadi fəallığın, o cümlədən Cənubi Qafqazın üç ölkəsi və üç qonşu Rusiya, Türkiyə və İranın daxil olduqları “3+3” çərçivəsində əlaqələrin aktivləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilib”, – deyə Rusiya XİN-in rəhbəri bildirib.

Sergey Lavrovun Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts