Rusiya Ukraynanın enerji obyektlərinə güclü zərbələr endirib

Tokio, 20 iyun , /AJMEDIA/

İyunun 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın enerji obyektlərinə güclü zərbələr endirib. Hücumlarda istifadə edilən PUA-lar bu ölkənin dörd regionunda energetika avadanlığına zərər vurub.

AJMEDIA bu barədə “Telegram Ukrenergo” kanalındakı məlumata istinadla xəbər verir.

Məlumatda qeyd edilib: “Bu gün gecə saatlarında PUA-lar Ukraynanın mülki energetika infrastrukturuna yeni ağır zərbələr endirib”.

PUA hücumları nəticəsində Vinnitsa, Dnepropetrovsk, Donetsk və Kiyev vilayətlərində obyektlərə ciddi ziyan dəyib.

AJMEDIA DTEK enerji şirkətinə istinadla xəbər verir ki, iyunun 20-nə keçən gecə Rusiya qoşunları yenidən İES-ə hücum ediblər. Hücum nəticəsində üç işçi yaralanıb.

“Ruslar DTEK-in istilik elektrik stansiyalarından birini atəşə tutublar. Üç həmkarımız yaralanıb. Həkimlər hər cür yardım göstərirlər”, -deyə mesajda bildirilir. Stansiyanın avadanlıqlarına da ciddi ziyan dəyib. Hazırda energetika işçiləri hücumun nəticələrini aradan qaldırmaq üçün çalışırlar.

Tammiqyaslı hərbi əməliyyatların başlanmasından bəri “DTEK Energo”nun istilik elektrik stansiyaları 180 dəfədən çox atəşə tutulub. Bu hücumlar nəticəsində 53 işçi yaralanıb, 3 nəfər isə həlak olub.

Bu, artıq Ukraynanın enerji obyektlərinə yeddinci kütləvi hücumdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts