Rusiya sülhməramlılarına məxsus səkkiz avtomobil aksiya yerindən sərbəst keçib

Tokio, 24 dekabr , /AJMEDIA/

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.
AJMEDIA xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha 8 təminat avtomobilinin aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts