Rusiya sülhməramlılarına aid avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib

Tokio, 22 aprel , /AJMEDIA/

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 132-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 30 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts