Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobili Ağdamdan Xankəndiyə yola düşüb

Tokio, 12 sentyabr , /AJMEDIA/

Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük bu dəqiqələrdə Ağdamdan Xankəndiyə yola düşüb.

AJMEDIA xəbər verir ki, ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Rusiya sülhməramlılarının postundan Əsgəran-Xankəndi istiqamətinə keçib. Yükün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndinə keçmək üçün 2 gün idi ki, Bərdədə gözləyirdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts