Rusiya Prezidenti Vladimir Putin: RF və Azərbaycan arasında konstruktiv siyasi dialoq, səmərəli əməkdaşlıq genişlənir

Tokio, 4 aprel , /AJMEDIA/

Rusiya Prezidenti Vladimir Putin RF və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə dövlətimizin başçısı İlham Əliyevi təbrik edib.

AJMEDIA xəbər verir ki, məktubda dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün ötən onilliklər ərzində bir çox işlərin reallaşmasına nail olunduğu qeyd edilir. Vurğulanır ki, ticari-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə konstruktiv siyasi dialoq, səmərəli əməkdaşlıq genişlənir. Keçən il və inişil bağlanmış üçtərəfli müqavilələrə əsasən, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzərində birlikdə işləyirik.

“Bu il mühüm nailiyyətlə – Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdardır. Əminəm ki, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın təməl maraqlarına uyğun gəlir”, – deyə təbrikdə bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts