Rusiya Prezidenti Vladimir Putin Azərbaycana yeni səfir təyin etdi

Tokio, 14 iyun , /AJMEDIA/

Prezident Vladimir Putin Mixail Yevdokimovun Rusiyanın Azərbaycanda yeni səfiri təyin olunması barədə fərman imzalayıb.
AJMEDIA xəbər verir ki, sənəd Rusiyanın hüquqi informasiya portalında dərc olunub.
Fərmana əsasən, Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri vəzifəsindən geri çağırılır. Eyni zamanda, Mixail Yevdokimov bu ölkənin Bakıdakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunur.
Bundan əvvəl M.Yevdokimov Rusiya XİN-in postsovet məkanında çoxsahəli əməkdaşlıq məsələlərinə kuratorluq edən MDB ölkələri üzrə Birinci Departamentinin direktoru vəzifəsində çalışıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts