Tokio, 23 aprel , /AJMEDIA/
Rusiya Hərbi Dəniz Donanmasının Qara dənizdə batmış “Moskva” kreyserində yanğın zamanı heyət üzvlərindən 27 nəfər itkin düşüb, 1 nəfər həlak olub.
AJMEDIA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Aprelin 13-də Rusiyanın raket daşıyan “Moskva” hərbi gəmisində göyərtəsində olan sursatın alovlanması nəticəsində yanğın baş verib. Sonradan təmir üçün limana aparılan gəmi qasırğa nəticəsində batıb. Kreyserdə olan heyətin 396 nəfəri xilas edilib, 27 nəfər itkin düşüb, 1 nəfər həlak olub.