Tokio, 8 Oktyabr, /AJMEDIA/
Rusiya Cənubi Qafqazda geosiyasi sabitlik və təhlükəsizliyin təmin olunması üzrə tapşırığın prioritet olduğunu rəhbər tutur.
AJMEDIA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, Rusiya regional iştirakçılarla dialoqun dəstəklənməsi yolu ilə müvafiq kompleks siyasət yürüdür
M.Zaxarova xatırladıb ki, ötən gün Rusiya və İran XİN rəhbərləri “3+3” formatının yaradılması təşəbbüsünü müzakirə edib: “Rusiya xarici işlər naziri Sergey Lavrov bu təşəbbüsə müsbət yanaşma sərgiləyib”.