Rusiya azərbaycanlıları Türkiyəyə daha bir humanitar yardım karvanı yola salıblar

Tokio, 15 fevral , /AJMEDIA/

Rusiyanın Sverdlovsk, Tümen və Kurqan vilayətlərində yaşayan azərbaycanlılar Türkiyəyə daha bir humanitar yardım karvanı yola salıblar.
AJMEDIA xəbər verir ki, Sverdlovsk, Tümen və Kurqan vilayətlərində yaşayan azərbaycanlılar Türkiyənin Rusiyadakı səfirliyi və Novorossiysk şəhərindəki Baş konsulluğu vasitəsilə daha 2 humanitar yardım maşınını Türkiyəyə yola salıblar. Azərbaycanlıların yardım kampaniyasına digər xalqların nümayəndələri də qoşulublar.
Humanitar yardımın yola salınması mərasimində çıxış edən Azərbaycanın Yekaterinburq şəhərində baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, “Azərbaycan-Ural” Milli mədəni təşkilatının sədri Şahin Şıxlinski və Tümen vilayətindəki diaspor təşkilatının sədr müavini Tanrıverdi Tanrıverdiyev azərbaycanlıların türk xalqının acılarına şərik olduqlarını vurğulayıb, əməyi keçən hər kəsə öz təşəkkürlərini bildiriblər.
Mərasimin sonunda soydaşlarımız zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa, bütün türk xalqına səbir diləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts