Rusiya, Azərbaycan və İran elektrik sistemlərinin birləşdirilməsi ilə bağlı danışıqlar aparır

Tokio, 27 fevral , /AJMEDIA/

Rusiya, Azərbaycan və İran arasında elektrik sistemlərinin birləşdirilməsi istiqamətində danışıqlar davam edir.

AJMEDIA xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali İRNA agentliyinə müsahibəsində deyib. O bildirib ki, sistemlərin birləşdirilməsi enerji mübadiləsinin həyata keçirilməsinə imkan verəcək. Bununla yanaşı zəruri ehtiyac yarandığı halda qarşı tərəfdən enerji idxalı da həyata keçirilə bilər.

Bu gün Tehranda Rusiya-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın iclasına toxunan səfir nəzərə çatdırıb ki, iclasda müzakirə olunacaq əsas məsələlərdən biri 162 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisi olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts